“Borussiya” uduzdu, “Barselona” ilk oyundan heç-heçə ilə ayrıldı

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından biri “Nou Kamp”da oynanılıb. Burada “Barselona” “Napoli”ni sınağa çəkib. Qarşılaşma heç-heçə bitib.

Azərbaycanlı futbolsevərlərin diqqət mərkəzində olan daha bir qarşılaşma İspaniyada keçirilib. Mahir Emrelinin yeni komandası “Dinamo” (Zaqreb) “Sevilya”nın qonağı olub. Həmyerlimizin debüt etdiyi bu oyunda Xorvatiya klubu məğlubiyyətə üzülüb.

Digər qarşılaşmalara gəlincə, “Borussiya” (Dortmund) “Reyncers”lə, “Zenit” isə “Betis”lə ev oyununda məğlubuyyətlə üzləşib. Tarixində ilk dəfə avrokuboklarda yaz mövsümünə qalan “Şerif” isə “Braqa”yla ev oyunundan qalib ayrılıb. “Atalanta” da “Olimpiakos”u məğlub yola salıb.

“Portu” – “Latsio” dueli Portuqaliya klubunun baş məşqçisi Serjio Konseysao üçün xüsusi əhəmiyyət daşıyırdı. 47 yaşlı mütəxəssis futbolçu kimi karyerasının ən yaxşı dövrünü məhz bu iki klubda keçirmişdi. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Leypsiq” – “Real Sosyedad” oyunu da maraqlı mübarizə vəd edirdi. Bir maraqlı faktı qeyd edək ki, İspaniya klubu indiyədək Almaniyada keçirdiyi 4 oyunun heç birində qalib gələ bilməyib: 1 heç-heçə, 3 məğlubiyyət. Dörd qolun qeydə alındığı bu oyunda da heç-heçə qeydə alınıb.

Avropa Liqası, 1/16 final, ilk oyunlar

17 fevral

Barselona (İspaniya) – Napoli (İtaliya) 1:1
Qol: F.Torres, 59-pen – Zelinski, 29.
Baş hakim: İştvan Kovaç (Rumıniya)

Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya) 2:4
Qol
: Bellingem, 51. R.Gerreyro, 82 Tavernye, 38-pen. Morelos, 41. Lundstram, 49. Zaqadu, 54-öz qapısına.
Baş hakim: Kleman Turpen (Fransa)

Şerif (Moldova) – Braqa (Portuqaliya) 2:0
Qol: S.Till, 43-pen. A.Traore, 83.
Baş hakim: Danni Makkeli (Niderland)

Zenit (Rusiya) – Betis (İspaniya) 2:3
Qol
: Dzyuba, 25. Malkom, 28 – G.Rodriqes, 8. V.Xose, 18. Quardado, 41.
Baş hakim: Benua Bastyen (Fransa)

Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
Qol: Rakitiç, 13-pen. Okampos, 44; 45+1 – Orşiç, 41.
Baş hakim: Marko Quida (İtaliya)

Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan) 2:1
Qol
: Djimsiti, 61; 63 – Soares, 16.
Baş hakim: Sandro Şerer (İsveçrə)

Portu (Portuqaliya) – Latsio (İtaliya) 2:1
Qol
: Martines, 37; 49 – Zakkayni, 23.
Baş hakim: Serdar Gözübüyük (Niderland)

Leyptsiq (Almaniya) – Real Sosyedad (İspaniya) 2:2
Qol: Nkunku, 30. Forsberq, 82 – Normand, 8. Oyarzabal, 64-pen.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button