“Mənəvi cəhətdən tam sağalmamışam” – “Qarabağ”ın futbolçusu

Rusiya millisinin və “Qarabağ”ın qapıçısı Andrey Lunyov yığma komandada oynamaq istəyindən danışıb.

Komanda.az “İzvestiya”-ya istinadən xəbər verir ki, “Qarabağ”ın qolkiperi millidə, xüsusən də, azarkeşlərin önündə oynamaq istədiyini bildirib:

“Karpin məni Paraqvay yığması ilə qarşılaşma üçün çağırdı? Təbii ki, millidə, xüsusən də, azarkeşlərimin önündə oynamaq istəyirdim. Serbiya ilə oyunda necə heyrətamiz ab-havanın olduğunu hamı gördü. Əminəm ki, həmin stadionda Paraqvayla matçda da eyni şey olacaqdı. Amma aydındır ki, baş verən faciə ilə bağlı bütün bunların artıq aktuallığı yox idi. Ona görə də, bu barədə danışmıram. Təəssüf ki, məlum oldu ki, o günlərdə əsas məsələ bu deyildi. Düzünü desəm, indi də baş verənlərdən mənəvi cəhətdən tam sağalmamışam və o zaman da heç kim futbolla maraqlanmırdı”.

Martın 22-də Moskva yaxınlığındakı “Krokus Sity Hall” konsert zalında baş vermiş faciədən sonra rusların Paraqvay millisi ilə yoldaşlıq oyunu ləğv edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button