Klopp: “İşləmək lazımdır”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 2021/2 mövsümünün 34-cü turunun “Everton”la oyunundan (2:0) sonra fikirlərini bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, ilk hissədə yaxşı oynamadıqlarını deyib:

“İlk hissədə yaxşı oynamadıq. Rəqib işimizi çətinləşdirdi. “Everton”un doqquz oyunçusunun olduğu zonalara keçərkən kifayət qədər cəld hərəkət etmədik.

İşləmək lazımdır. Uşaqlar bu oyunda bunu yaxşı etdilər və mən çox məmnunam”.

“Liverpul” Premyer Liqanın turnir cədvəlində 33 oyundan sonra 79 xalla ikincidir. Lider mövqeyində “Mançester Siti”dir (80 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button