Kipr mətbuatı: Dabo “Apollon”la anlaşdı

“Neftçi”nin futbolçusu Baqali Dabonun Kiprin “Apollon” klubu ilə danışıqlar apardığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. Bu barədə Kipr mətbuatı məlumat yayıb.

Məlumata görə, tərəflər 1+1 illik müqavilə şərtiylə anlaşıblar. Müqavilənin rəsmiləşəcəyi vaxtla bağlı məlumat verilməyib.

2018-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyan Dabonun klubla müqaviləsi bu yay başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button