
“Kəpəz” Qəbələni Yevlaxa dəyişdi – RƏSMİ
“Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Komanda.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



