İnyesta Yaponiya klubunu tərk edib

İspaniyalı futbolçu Andres İnyesta Yaponiya “Vissel Kobe”sini tərk edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun klubla müqaviləsinin müddəti sona çatıb.

39 yaşlı futbolçu 2018-ci ilin yayından “Vissel Kobe”də çıxış edirdi. O, bu müddətdə 134 oyuna 26 qol vurub və 25 məhsuldar ötürmə edib.

Öncədən İnyestanın Yaponiya təmsilçisindən ayrıldığı haqda məlumat vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button