Premyer Liqa matçının başlama saatı dəyişdi – Şahzadə Filipin dəfn mərasiminə görə

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində aprelin 17-də keçiriləcək “Vulverhempton” – “Şeffild Yunayted” matçının başlama saatı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 18:00-da deyil, 23:15-də başlayacaq. Matçın başlama saatının dəyişməsi aprelin 9-da vəfat edən Şahzadə Filipin dəfn mərasimi ilə əlaqədardır.

“Vulverhempton” Premyer Liqada 14-cü, “Şeffild Yunayted” isə sonuncu sıradadır.