İdman müəllimi Avropa çempionunu öldürdü – Azərbaycanda

Şamaxıda güləş üzrə Avropa çempionu öldürülüb.

Komanda.az xəbər verir ki, şəhər sakini, 28 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 24 yaşlı Ruslan Surxayevi öldürüb. Beş bıçaq xəsarəti alan Ruslan hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, keçən ilin 5-9 dekabr tarixlərində Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında 2-ci yeri tutub. O, Şamaxıda idman müəllimi işləyir. (APA)

Öldürülən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button