Roman Qriqorçuk Kiyev “Dinamo”sunda? – Açıqlama

Hazırda Qazaxıstanın “Astana” klubunun baş məşqçisi olan Roman Qriqorçuk Kiyev “Dinamo”sunu çalışdıracağı iddialarıyla bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, hər bir ukraynalı çalışdırıcının “Dinamo”da işləmək istəyəcəyini deyib:

“Hazırda “Astana”nın baş məşqçisiyəm. Bu klubla müqaviləm var – bir illik. Başqa bir məlumatım yoxdur.

Kiyev “Dinamo”su? Bu klubdan imtina edə biləcək ukraynalı mütəxəssisin olmadığını düşünürəm. Mən bu vaxtadək top-komandalarda işləməmişəm. Ancaq özümü belə işlərə hazır hiss edirəm və buna yüz faiz əminəm. Ancaq bu komandanın dəqiq “Dinamo” olacağını deyə bilmərəm”.

2015-2018-ci illərdə “Qəbələ”nin “sükanı arxasında” çalışan ukraynalı mütəxəssisin “Astana”dan ayrılaraq, Ukraynada çalışacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button