Hazard: “Bakıdakı final oyunundan sonra…”

Cari mövsümün sonunda “Çelsi”dən ayrılacağı deyilən Eden Hazard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, artıq klubdakı gələcəyi ilə bağlı qərarını verdiyini deyib:

“Qərarımı bir neçə həftə əvvəl verdim və kluba bildirdim. Amma hər şeyə nəzarət edə bilmərəm. Avropa Liqasının Bakıdakı final oyunundan sonra nələr olacağını görəcəyik. Mövsümü bitirmədən vəziyyətin həll olunmasını istədim, amma olmadı. Azarkeşlər kimi, mən də hələ gözləyirəm.

Bu olanlardan narahat olmadım. Meydanda oyunuma köklənməyə çalışıram. Heç vaxt öz vəziyyətimi düşünmürəm. Bu, final matçında da belə olacaq”.

Avropa Liqasının final matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button