“Hər zövqə görə qollar vurduq” – Naqelsmann

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann UEFA Çempionlar Liqasının 1/8 finalında “Zalsburq”u darmadağın etdikləri oyun (7:1) haqqında danışıb. 

Komanda.az xəbər verir ki, 34 yaşlı mütəxəssis, klubun rəsmi saytına açıqlamasında bunları deyib: 

“Çox yaxşı oyun keçirdik və gözəl futbol nümayiş etdirdik. Yaxşı hücumlar etdik. Hər zövqə görə qollar vurduq. Bu cür enerji və ehtirasla oynayanda dayanmaq çətindir. Hər kəs özünü və başqalarını ruhlandırırdı. Bu qələbəyə layiq idik”. 

“Bayern”lə “Zalsburq” arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button