“Birincilər” mövsümə yekun vurdular

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 27-ci – sonuncu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.

Çempion “Neftçi-2” “Zaqatala” ilə oyunda darmadağına sevinib. “Turan Tovuz” səfərdə MOİK üzərində qələbəyə sevinibsə, “Kəpəz” də “Sabah”ın əvəzedicilərini məğlub yola salıb.

Birinci divizion, 27-ci tur

17 may

MOİK – Turan Tovuz 1:3
Qol
: Elvin Nəsibov, 56 – Fuad Bayramov, 60. Elçin Qasımov, 81. Vidadi Cəfərov, 85.
Hakimlər: Rövşən Rəcəbov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:00

Kəpəz – Sabah-2 1:0
Qol
: Emil Qasımov, 75.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 15:00

Qarabağ-2 – Qaradağ Lökbatan 0:1
Qol: Cavid Nəcizadə, 85.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00

Keşlə-2 – Sumqayıt-2 1:1
Qol: Aslan Bədəlzadə, 75 – Cəlal Cəbrayılov, 41.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 16:00

Zaqatala – Neftçi-2 0:4
Qol: Asim Əlizadə, 16. Vüqar Həsənov, 18. Nicat Musayev, 73. Vüsal Əsgərov, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi” klubunun bazası (4-cü meydança), 16:30