Mbappe “Mançester Siti” ilə oyunu buraxa bilər

Fransanın PSJ klubunda bir neçə gün əvvəl zədələnən hücumçu Kilian Mbappe hələ komanda ilə məşqlərə qoşulmayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçını (2:1) buraxmışdı.

22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab matçında iştirak etməsi sual altındadır.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.