Messiyə sərfəli təklif – PSJ-dən
Fransanın PSJ klubu “Barselona”nın futbolçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçuya 2+1 şərti ilə müqavilə təklif edib. Bu barədə “TNT Sports” telekanalının jurnalisti Marsel Bexler məlumat yayıb. O, PSJ-nin Messiyə etdiyi təklifin maddi baxımdan çox sərfəli olduğunu bildirib.
Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir. 34 yaşlı futbolçu ilə “Mançester Siti” klubu da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin