Fransadan “Qarabağ”ın qapıçısına 4 qol – VİDEO

Futbol üzrə İslandiya yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi sözügedən komanda ikinci tur çərçivəsində səfərdə Fransa ilə qarşılaşıb.

B qrupu çərçivəsində baş tutan oyun islandların məğlubiyyəti ilə başa çatıb – 0:4.

Halldorsson da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

İslandiya yığması iki turdan sonra 3 xalla qrupda 4-cü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button