“Fənərbaxça” İtaliya klubunun futbolçusunu transfer edir

“Udineze”nin futbolçusu Rodriqo Bekao tezliklə “Fənərbaxça”ya keçəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər 27 yaşlı futbolçunun 10 milyon avro müqabilində transferi ilə bağlı razılıq əldə ediblər.

Öncədən braziliyalı oyunçunun İtaliya klubu ilə yeni müqavilə imzalamaq istəmədiyi haqda xəbər yayılmışdı. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Rodriqo 2022/23 mövsümündə 28 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button