DÇ-nin 32 iştirakçısından 30-u məlumdur – 64 illik həsrətə son

Qətərdə keçiriləcək DÇ-2022-yə Avropa zonasından sonuncu vəsiqəni Uels yığması qazandı.

Komanda.az xəbər verir ki, sözügedən komanda buna Ukrayna ilə pley-offun final matçında 1:0 hesablı qələbə qazanmaqla nail olub.

Uels yığması 64 ildən sonra mundialda iştirak hüququ əldə edib. Bu komandada ilk və sonuncu dəfə DÇ-1958-də mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Uels yığması dünya çempionatında B qrupuna düşüb. Bu komandanın rəqibləri İngiltərə, İran və ABŞ yığmaları olacaq.

DÇ-2022 21 noyabr-18 dekabr aralığında keçiriləcək. Hazırda dünya çempionatının 32 iştirakçısından 30-u məlumdur:

Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Uels

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: Qətər, İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya

Şimali Amerika: Kanada, ABŞ, Meksika.

Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq. Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək. Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button