
DÇ-2026: 1/4 final mərhələsi Fransa – Mərakeş matçı ilə başlayacaq
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə start veriləcək.
Komanda.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Fransa və Mərakeş milliləri üz-üzə gələcək. Qarşılaşma saat 00:00-da start götürəcək.
1/4 finalın digər oyunlarında Argentina – İsveçrə, İngiltərə – Norveç, İspaniya – Belçika görüşləri baş tutacaq. DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026, 1/4 final
10 iyul
00:00. Fransa – Mərakeş
Baş hakim: Fakundo Telyo (Argentina)
Boston stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


