ÇL: “Real”la “döyüş”ü səbirsizliklə gözləyirik”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la səfərdə keçiriləcək ilk oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu oyundan əvvəl keçirilən mətbuat konfransında həmişə öz oyun üslublarını diqtə etməyə çalışdıqlarını bildirib:

“Ümumiyyətlə, biz həmişə öz oyun tərzimizi tətbiq etməyə çalışırıq. “Real”ın yanaşması isə unikaldır. Onlar istənilən vəziyyətdə fürsətlər yarada bilərlər. Güclü tərəflərimizdən istifadə etmək çox vacib olacaq.

“Santyaqo Bernabeu”dakı atmosfer və azarkeşlər xüsusidir. Biz tez-tez bura yaxşı şanslarla gəlmişik və tez-tez məyus olmuşuq. Ancaq bu dəfə cavab oyunu Münhendə keçiriləcək ki, bu da bizim üçün üstünlükdür.

“Real”ı məğlub etmək istəyirsinizsə, həm zehni, həm də taktiki cəhətdən ən yüksək formada olmalısız. Əhval-ruhiyyəmiz yaxşıdır, bütün oyunçular formadadır. Bu gün burada oynamağı səbirsizliklə gözləyirik. Hər bir oyunçunun arzusu budur. Bu “döyüş”ü səbirsizliklə gözləyirik!”

Bu gün Madriddə keçiriləcək “Real” – “Bayern” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button