Çempionlar Liqası: Yarımfinalın oyun cədvəli açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, aprelin 26-da “Mançester Siti” “Etihad” stadionunda “Real”ı qəbul edəcək. Cavab matçı mayın 4-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

“Liverpul”la “Vilyarreal”ın ilk oyunu aprelin 27-də “Enfild” stadionunda olacaq. “Estadio de la Ceramica”dakı matç isə mayın 3-nə təyin olunub.

Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Final oyunu mayın 28-də, Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button