Çempion olmasaq… – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 26-cı turunda “Çelsi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, 6:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“İnanılmaz bir oyun oldu. İlk 4 epizodumuzda, 3 qol vurduq. Çox şanslıydıq. Hesab 3:0 olduqdan sonra “Çelsi” daha yaxşı oynayan tərəf idi.

Hazırda liderik, ancaq “Liverpul”dan 1 oyun çox keçirmişik. “Mançester Yunayted” səfərində “Liverpul”un xal itirməsini gözləyirik. Üzərimizdə təzyiq yoxdur. Çempion olsaq, mükəmməl olar. Olmasaq da, növbəti mövsüm yenidən çempionluq üçün mübarizə aparacağıq”.

“Mançester Siti” və “Liverpul” 65 xalla liderdirlər. “Şəhərlilər” “Liverpul”dan bir oyun çox keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button