“Çelsi” qarşısında xal itirməsək… – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Telegraph” nəşrinə danışan ispan mütəxəssis, çempionluq şanslarını dəyərləndirib:

“Premyer Liqada qarşıda 12 oyunumuz var. Mövsümün sonuna qədər xal itkilərinin olacağını düşünürəm. Ümid edirəm ki, biz “Liverpul”dan daha az xal itirərik. Heç bir komandanın 12 matçı ardıcıl qazanacağına inanmıram.

Bizi çətin oyunlar gözləyir. Həftəsonu “Çelsi”ylə matçımız var. Güclü komandayla qarşılaşacağıq. Bizim üçün son dərəcə vacib bir oyun olacaq. Bəlkə də, əsl final matçı olacaq. “Çelsi” qarşısında xal itirməsək, çempionluq yolunda böyük addım atacağıq”.

Premyer Liqada “Mançester Siti” bir oyun çox kecirərək, “Liverpul”la xallarını bərabərləşdirib və liderliyə şərik olub. Hər iki komandanın aktivində 62 xal var.

“Mançester Siti” – “Çelsi” matçı fevralın 10-da, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button