“Bunun əsl sınaq olacağını bilirik”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou İngiltərə Premyer Liqasının 13-cü turunun oyunu öncəsi “Çelsi” haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis ev matçlarında çox güclü çıxış etdiklərini bildirib:

“Biz evdə bəzi yüksək səviyyəli komandalara qarşı yaxşı çıxış etmişik. “Arsenal”la evdə keçirdiyimiz son liqa oyunumuzu xatırlayın. Bu, nizam-intizam və keyfiyyətlə dolu çox güclü çıxış idi.

“Çelsi”nin əvvəllər Premyer Liqada çalışmış və gənc oyunçular yetişdirə bilən əla məşqçisi var. Düşünürəm ki, o, “Çelsi”yə çox yaraşır və onlar hər həftə yaxşılaşırlar. Bunun əsl sınaq olacağını bilirik. Onlar “Tottenhem” və “Mançester Siti”yə qarşı iki oyunda səkkiz qol vurublar”.

“Nyukasl” – “Çelsi” görüşü bu gün saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button