
“Bu qarşılaşma məni emosional olaraq çox yordu” – Vernidub
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə haqda bunu deyib:
“Neftçi” azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda, 1:5 hesabıyla uduzduğumuzu oyun üçün onlardan üzr istəyirəm. Bu oyundan nəticə çıxardıq və bu gün belə oyun alındı. Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Bu gün suallara cavab vermək istəmirəm, çünki oyunla bağlı fərqli hisslər keçirirəm. Oyundan uzaqlaşmaq istəyirəm. Bu qarşılaşma məni emosional olaraq çox yordu. Digər dörd oyunda hər bir sualı cavablandıracam. Bunu hörmətsizlik olaraq qəbul etməyin”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



