“Çelsi” və “Vest Hem”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında “Arsenal” səfərdə “Bernli” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. Autsayder “Şeffild Yunayted” doğma meydanda “Sauthempton”a uduzubsa, “Aston Villa” – “Vulverhempton” matçında qapılara qol vurulmayıb. “Lester Siti” də səfərdə “Brayton”dan üstün olub.

Son turda “Çelsi”yə uduzan və 7-ci pilləyə geriləyən “Liverpul”un budəfəki rəqibi “Fulhem” olub. “Qırmızılar” bu oyundan da məğlub ayrılıblar.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Lider “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Çelsi” doğma meydanda “Everton”a, “Vest Hem” isə “Lids”ə qalib gəlib.

İngiltərə Premyer Liqası, 27-ci tur

6 mart

Bernli – Arsenal 1:1
Qol
: Vud, 39 – Obameyanq, 6.

Şeffild Yunayted – Sauthempton 0:2
Qol
: Uord-Prouz, 32-pen. Adams, 49.

Aston Villa – Vulverhempton 0:0

Brayton – Lester 1:2
Qol
: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.

7 mart

Vest Bromviç – Nyukasl 0:0

Liverpul – Fulhem 0:1
Qol
: Lemina, 45.

Mançester Siti – Mançester Yunayted 0:2
Qol
: B.Fernandes, 2-pen. Şou, 50.

Tottenhem – Kristal Pelas 4:1
Qol
: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.

8 mart

Çelsi – Everton 2:0
Qol
: Qodfri, 31-öz qapısına. Jorjinyo, 65-pen.

Vest Hem – Lids 2:0
Qol
: Linqard, 21. Douson, 28.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.