“Kristal Pelas”dan səfərdə çətin qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Vulverhempton” “Lids”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” bu turda çətin “Sauthempton” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Ardıcıl üç oyundur məğlub olan son çempion “Liverpul”un bu dəfəki rəqibi Mersisaydın digər təmsilçisi “Everton” olub. “Qırmızılar” derbidən də məğlub ayrılıblar.

Bazar günü daha dörd görüş baş tutub. Son dövrlər uğursuz çıxış ilə seçilən “Tottenhem” bu dəfə “Vest Hem”lə səfər oyunundan məğlub ayrılıb.

“Aston Villa”nın qonağı olan “Lester Siti” isə turu qələbəylə başa vurub. “Mançester Yunayted” də doğma meydanda “Nyukasl” üzərində inamlı qələbəyə sevinib.

Lider “Mançester Siti” də London səfərində “Arsenal”ın qonağı olub. “Şəhərlilər” bu görüşdə minimal hesablı qələbə qazanıblar.

İngiltərə Premyer Liqası, 25-ci tur

19 fevral

Vulverhempton – Lids 1:0
Qol
: Melye, 64-öz qapısına.

20 fevral

Sauthempton – Çelsi 1:1
Qol
: Minamino, 33 – Mount, 54-pen.

Bernli – Vest Bromviç 0:0

Liverpul – Everton 0:2
Qol
: Riçarlison, 3. Siqurdsson, 83-pen.

Fulhem – Şeffild Yunayted 1:0
Qol
: Lukman, 61.

21 fevral

Vest Hem – Tottenhem 2:1
Qol
: Antonio, 5. Linqard, 47 – Lukas, 64.

Aston Villa – Lester 1:2
Qol
: Traore, 48 – Meddison, 19. Barnes, 23.

Arsenal – Mançester Siti 0:1
Qol
: Sterlinq, 2.

Mançester Yunayted – Nyukasl 3:1
Qol
: Reşford, 30. Ceyms, 57. B.Fernandes, 75-pen – Maksimin, 36.

22 fevral

Brayton – Kristal Pelas 1:2
Qol
: Veltman, 55 – Mateta, 28. Benteke, 90+5.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.