“Bizim adımız “Neftçi”dir və…” – Eddi İsrafilov

“Bəzi matçlarda vacib xallar itirdik. Bunu istəməzdik. Ümumi götürsək, oynamadığım dönəmdə komandamın perpormasını yaxşı dəyərləndirirəm”.

Komanda.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun rəsmi telekanalına açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Zədəsini sağaldan 30 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Məşqlərdə iştirakı səbirsizliklə gözləyirdim. Artıq komanda ilə birlikdəyəm. Baş məşqçi şans versə, kömək etməyə hazıram”.

İsrafilov 15-ci turda “Səbail”lə görüşün asan olmayacağını deyib:

“Rəqib yaxşı heyətə malikdir. Amma bizim adımız “Neftçi”dir və qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq”.

Noyabrın 27-də keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button