ÇL: “Əlimizdən gələni edəcəyik” – Hou

“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasında PSJ ilə qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın “Çelsi” ilə oyundan sonra yaxşı əhval-ruhiyyədə olduğunu deyib:

“Komandamız Premyer Liqada “Çelsi” üzərində qazandığımız qələbədən sonra yaxşı əhval-ruhiyyədədir. PSJ-yə gəlincə, belə rəqibin səviyyəsini qiymətləndirmək çətindir. Bu komandada bütün mövqelərdə keyfiyyətli futbolçular görə bilərik. Bacardığımız qədər yaxşı çıxış etməliyik, limitimizə çatmalıyıq. Bizim üçün bu, Çempionlar Liqasında həlledici məqamdır və əlimizdən gələni edəcəyik”.

PSJ – “Nyukasl” matçı noyabrın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button