“İmişli” və “Zaqatala” yenə uduzdu, “Qarabağ” darmadağına sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

İlk oyun “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri arasında keçirilib. Bu oyunda meydan sahibləri darmadağına seviniblər. “Araz Naxçıvan” isə bu dəfə “Şamaxı”nın ikinci komandasını böyük hesabla məğlub edib. “Qəbələ” ilə “Kəpəz”in əvəzedicilərinin görüşündə də meydan sahibləri 3 xala sevinən tərəf olub.

MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.

“Qarabağ”ın əvəzediciləri bu turda “Mingəçevir”in qonağı olub və 4 cavabsız qolla qalib gəlib. Nəhayət turun son matçında “Səbail” və “Neftçi”nin əvəzediciləri qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda isə qonaq komanda 3 xala sevinib.

Birinci divizion, 3-cü tur

6 sentyabr

Turan Tovuz-2 – Sumqayıt-2 3:0
Qol
: Ayxan Quseynov, 11; 59; 76.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Mahmud Bağırzadə
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu, 16:00

Qəbələ-2 – Kəpəz-2 1:0
Qol
: Tolqar Yaqubov, 12.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

Araz Naxçıvan – Şamaxı-2 5:0
Qol
: Xəyal Tomarov, 21; 60. Orxan Əliyev, 36. Fərid Kərimzadə, 47. Bayraməli Qurbanov, 51.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Şamil İmanzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu, 16:30

7 sentyabr

MOİK – İmişli 3:2
Qol: Fərmayıl Əliyev, 77. Rüstəm Rüstəmov, 84. İlham Allahverdiyev, 87 – Bayram Əliyev, 37. Elariz Xəlilli, 41.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu, 16:30

Mingəçevir – Qarabağ-2 0:4
Qol: Seyxan Fərəcov, 23. Əşrəf Zeynallı, 38. Emil Abbasov, 63. Elvin Nəsibov, 78.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Zaqatala 5:1
Qol: Elnur Cəfərov, 3; 44. Ceyhun Muxtarlı, 17. Raul Məmmədov, 32. Sərxan Abdullayev, 90+2-pen – Nazim Bağırov, 90.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Səbail-2 – Neftçi-2 2:3
Qol: Vidadi Cəfərov, 18; 32-pen – Elton Əlibəyli, 44. Həbib İsmayılov, 50. Vüsal Əsgərov, 57.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Babək Quliyev
“ASCO Arena”, 17:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button