“Bilirəm ki, o, nə vaxtsa “qızıl top”u qazanacaq”

“Bayern”in hücumçusu Robert Levandovskinin meneceri Pini Zahavi müştərisinin “qızıl top”u qazana bilməməsinə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Zahavi, polşalı hücumçunun “qızıl top”a layiq olduğunu söyləyib:

“Robertin uzun müddət futbol oynaya biləcəyini düşünürəm və bilirəm ki, o, nə vaxtsa “qızıl top”u qazanacaq. Futbol tarixinin ən yaxşı oyunçuları arasında yer alan birinin bu mükafatı qazanması lazımdır. O, tarixin ən yaxşı hücumçuları sırasında ilk 3-lükdə yer alır.

“Qızıl top”un səsverməsinin nəticəsini hesablayanlar yenidən bunu nəzərdən keçirməlidir. 170 idman jurnalistinin soğruda iştirak etməsi, həm də, futbol dünyasında kimin nə etdiyini bilib-bilməməsi normal deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button