İnyesta da “İnter Mayami”yə keçir

“Barselona”nın və “Vissel Kobe”nin keçmiş yarımmüdafiəçisi Andres İnyesta “İnter Mayami”yə keçə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı futbolçu MLS klubu ilə ilkin razılıq əldə edib.

İnyestanın futbolçu karyerasını başa vurduqdan sonra “Barselona”ya rəhbər vəzifəyə qayıtmaq ehtimalı var.

İnyesta iyulun 2-də 2018-ci ildən çıxış etdiyi Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb. O, bu komandada 134 matçda 26 qol vurub, 25 məhsuldar ötürmə edib. Futbolçu 2002-2018-ci illərdə İspaniya “Barselona”sında çıxış edib.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi və Serxio Buskets də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button