“Barselona”dan fransıza yeni təklif – İllik 16 milyon avro

“Barselona” mövsümün əvvəlində heyətinə qata bilmədiyi Antuan Qrizmann üçün yenidən hərəkətə keçir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində 100 milyon avro ödəməyə hazır olan Kataloniya klubunun təklifini rədd edən və “Atletiko”da qalacağını deyən Qrizmann, komandadan ayrıla bilər. Katalonlar fransalı futbolçuya ildə 16 milyon avro olmaqla, 2024-cü ilədək müqavilə təklif etməyə hazırlaşır.

27 yaşlı forvardın transfer məbləğinin iyun ayının 1-dək 120 milyon avro olduğu və bu tarixdən sonra 200 milyon avroya çıxacağı bildirilir.

“Atletiko” ilə 2023-cü ilədək müqaviləsi olan Qrizmann, bu mövsüm iştirak etdiyi 39 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button