Luis Suaresin “Yuventus”la anlaşmasının detalları bilindi

“Barselona”nın futbolçusu Luis Suaresin “Yuventus”la anlaşdığını xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu Turin klubu ilə 2+1 illik müqavilə imzalayacaq. Bu transfer üçün “qoca sinyora” katalonlara 30 milyon+13 milyon avro (bonus) ödəyəcək. Suares “Yuventus”da illik 12 milyon avro məvacib alacaq. “Yuventus”un həm Suares, həm də “Barselona” ilə bütün məsələlərdə anlaşdığı bildirilir.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan 33 yaşlı futbolçunun müqaviləsi növbəti ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button