“Barselona” onu satmaq istəyir

“Barselona” yay transfer pəncərəsində müdafiəçisi Hektor Fortla yollarını ayırmağa hazırdır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu 18 yaşlı futbolçunu satışa çıxarmaq niyyətindədir.

Bununla belə, Fort özü komandada qalmaq istəyir. Gənc müdafiəçi müntəzəm oyun praktikası əldə etməməsinə baxmayaraq, ayrılmaq fikrində deyil və “Barselona”da inkişaf etməyə ümid edir.

İspaniyalı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti gələn il başa çatacaq. O, 2024/25 mövsümündə Hans-Diter Flikin rəhbərliyi altında 20 oyuna çıxıb, heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button