“Barselona” ispan futbolçunu icarəyə göndərməyə hazırdır

“Barselona”nın müdafiəçisi Hektor Fort yay transfer dönəmində icarəyə göndərilə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçuya həm İspaniyadan, həm də xarici klublardan icarə təklifləri daxil olub.

Maraqlanan klublar Forta davamlı oyun təcrübəsi vəd edirlər ki, bu, “Barselona”da hələ ki, mümkünsüz görünür.

Kataloniya klubu öz yetirməsini icarəyə göndərməyə hazırdır, ancaq Fortun son qərarı hələ bəlli deyil.

İspaniyalı futbolçu son mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında 20 matçda meydana çıxıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button