“Barselona” belçikalı futbolçuya müqavilə təklif edib

“Barselona” “Brügge” (Belçika) akademiyasının gənc oyunçusu Yessi Bisivuni transfer etməyə çalışır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 18 yaşlı vinger artıq Kataloniya klubuna keçməyə hazırdır və tərəflər arasında ilkin danışıqlar başlayıb.

Belçikalı futbolçuya müddəti 2027-ci ilə qədər olan müqavilə təklif olunduğu bildirilir.

Bisivu 2020-ci ildən “Brügge”nin gənclər komandasında çıxış edir. O, cari mövsümdə Belçikanın ikinci divizionunda 15 oyuna çıxıb. Futbolçu UEFA gənclər Liqasında 8 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button