“Komanda yoldaşları və azarkeşlər də Fatidən razı qaldılar”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Ansu Fatinin oyununu dəyərləndirib.

22 yaşlı futbolçu La Liqada “Malyorka”ya qarşı dünən keçirilən matçda start heyətdə meydana çıxıb. Bu, Fatinin ötən ilin oktyabrından bəri ilk əsas heyət çıxışı olub. O, 62-ci dəqiqəyə qədər oynayıb və daha sonra Rafinya ilə əvəzlənib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Fatinin bu matçda yaxşı çıxış etdiyini söyləyib:

“Ansu bugünkü matçda yaxşı çıxış etdi. Komanda yoldaşları və azarkeşlər də ondan razı qaldılar. Paltardəyişmə otağında hamı Fatini sevir. Bu gün onun üçün uğurlu bir gün oldu”.

“Barselona” ilə “Malyorka” arasında keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button