Rəhim Həsənov Avropa çempionatının oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov beynəlxalq təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Həsənov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino – Litva oyununu idarə edəcək. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

San Marino – Litva oyunu iyunun 5-də, “Serravalle” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button