Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda 10-cu turda səfərdə Norveç yığması ilə qarşılaşıb. Drammen şəhərindəki “Marienlist” stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşmışdı. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradaydı. Komandamız üçün bu oyun sadəcə xal ehtiyatını artırmaq baxımından əhəmiyyət daşıyırdısa, Norveç qalib gəlməklə qrupun da qalibi ola bilərdi. Belə də olub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Avropa çempionatı, U-21

14 iyun

Norveç – Azərbaycan 2:1
Qol: Y.Larsen, 54. E.Botheim, 77 – İ.Ələkbərov, 65.
Larsen, 54. Botheim, 77 – İ.Ələkbərov, 65.
Drammen. “Marienlist” stadionu

Norveç: 1. Kristoffer Klaesson, 2. Sebastian Soraaş, 3. Henrik Heggheim, 4. Jesper Daland, 5. Fredrik Oppegard, 6. Yohan Hove, 9. Yorgen Larsen, 11. Emil Konradsen (19. Markus Solbakken, 63), 16. Kristian Arnstad (8. Hakon Evjen, 46), 20. Erik Botheim (k) (7. Huqo Vetlesen, 90), 21. Tobias Kristensen, (10. Osame Sahraoui, 57).
Ehtiyat oyunçular: 12. Mads Kristiansen, 14. Ole Martin Kolskogen, 15. Eskil Smidesang Edh, 18. Martin Polumbo, 22. Aune Selland.
Baş məşqçi: Leif Gunnar Smerud.

Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev (6. İldar Ələkpərov, 61), 16. Ədilxan Qarəhmədov (8. Səbuhi Abdullazadə, 88), 18. Abdullah Xaybullayev (17. Rüfət Abdullazadə, 61), 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 22. Eldar Tağızadə, 3. Arsen Ağcabəyov, 10. Asim Əlizadə, 14. Fərid Yusifli, 15. Rəhim Cəfərli, 21. İsmayıl Sülfüqarlı.
Baş məşqçi: Milan Obradoviç.


Xal: Norveç – 24, Xorvatiya – 22, Finlandiya – 19, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button