Azərbaycan paralimpiyaçısı Fransadakı turnirdə finala yüksəlib

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində finala yüksəlib.

Komanda.az xəbər verir ki, o, LW3 kateqoriyası üzrə mübarizədə lkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsində çıxış edib.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button