Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib:

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova;

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk;

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button