Dadaşov oynadı, komandası…

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “San-Dieqo Loyal”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, 59-cu dəqiqədə David Eqbo ilə əvəzlənib.

“Feniks Rizinq” 9 turdan sonra 16 xalla ikinci sıradadır.