Avropadan “qovulan” Rusiya millisi İrana üz tutdu

Rusiyanın futbol millisi payızda iki yoldaşlıq oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, rusların rəqibləri Qırğızıstan və İran olacaq. Bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

Sentyabr və noyabr aylarında Valeri Karpinin baş məşqçisi olduğu komanda bir neçə yoxlama görüşü keçirəcək. Onlardan birincisi sentyabrın 24-də, Bişkekdə Qırğızıstan millisi ilə olacaq.

Bundan başqa, Rusiya Futbol İttifaqı noyabr ayında İran yığması ilə səfərdə yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gəlib.

Rusiya millisi son olaraq 2021-ci ilin noyabrında, DÇ-2022-nin seçmə matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzub. FİFA və UEFA 2022-ci ilin əvvəlində bu ölkənin komandalarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button