Avropa Liqasının final matçının açılış mərasimində ingiltərəli müğənni!
UEFA Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, BOS-un tribunalarında öz yerini alacaq və televiziya ekranları qarşısında mərasimi izləyəcək tamaşaçıların zövqünü öz mahnıları ilə ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu oxşamağa çalışacaq.
Avropa Liqasının finalında “Çelsi” ilə “Arsenal” qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin