“Bu dəfə də çox gözəl macəra olacaq” – Morata

“Atletiko”dan “Yuventus”a keçən Alvaro Morata açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun telekanalına danışan ispan hücumçu, Turin təmsilçisinə qayıdışı haqda bunları deyib:

“Bura qayıtmaq çox xoşdur. Özümdə hər zaman “Yuventus”a bağlılıq hiss etmişəm. Komanda yoldaşlarıma qoşulmağı səbirsizliklə gözləyirəm. Bura ilk gəlişim də yaxşı alınmışdı. İndi də bir çox cəhətdən gücləndiyimi və böyüdüyümü düşünürəm. Əminəm ki, bu dəfə də çox gözəl macəra olacaq.

Hər zaman “Yuventus”da oynamağa hazıram. Böyük bir klub və böyük bir ailə var burda. Həmişə özünü yaxşı hiss etdiyin bir yerə getmək istəyirsən”.

“Yuventus” Moratanı “Atletiko”dan bir illik icarəyə götürüb. Morata 2014-2106-cı illərdə də Turin təmsilçisinin şərəfini qoruyub.