“Arsenal”da növbəti ayrılıq

Ştefan Lixtştayner İngiltərənin “Arsenal” klubu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

London klubunun Avropa Liqasının finalında “Çelsi”yə məğlubiyyətindən məyus olduğunu söyləyən isveçrəli futbolçu ona dəstək olan hər kəsə təşəkkür edib.

Lixtştayner ötən yay İtaliya çempionu “Yuventus”dan “Arsenal”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button