Amorimdən Leao açıqlaması

“Milan”ın baş məşqçisi Ruben Amorim vinger Rafael Leaonun komandadakı gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, futbolçunun gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə belə münasibət bildirib:

“Bilirəm ki, bəzi oyunçularımız haqqında çox danışılır. Amma vəziyyət dəyişməyənə qədər onlar “Milan”ın futbolçularıdır. Məqsədimiz komandanı mövsümün ilk oyununa hazırlamaqdır. Hamı məşq edəcək və əsas heyətdə yer uğrunda mübarizə aparacaq. Qaydalar hər kəs üçün eynidir”.

Leaonun adı son günlər Türkiyə klubları ilə hallandırılır.

“Milan” hazırda Avstraliyada təlim-məşq toplanışındadır. A Seriyasında yeni mövsüm avqustun 23-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button