
Yamal: “Alvaresi “Barselona”da açıq qollarla gözləyirəm”
“Barselona”nın hücumçusu Lamin Yamal “Atletiko”nun forvardı Xulian Alvaresin Kataloniya klubuna keçidinə ümid etdiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun “Barselona”nın oyun üslubuna tam uyğun gəldiyini söyləyib:
“Ümid edirəm ki, Alvares “Barselona”ya keçəcək. Onu açıq qollarla gözləyirəm”.
26 yaşlı forvardın “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 100 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



