Kloppun millinin “sükanı arxasına” keçməsi üçün son addımlar atılacaq

“Liverpul”un sabiq çalışdırıcısı Yurgen Klopp Almaniya Futbol İttifaqı ilə müqavilənin əsas şərtlərini razılaşdırıb və bundestimin yeni baş məşqçisi olmağa yaxındır.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq müqavilənin müddəti 2030-cu ilə qədər qüvvədə olacaq və Mərakeş, Portuqaliya, həmçinin, İspaniyanın birgə ev sahibliyi edəcəyi DÇ-2030-u da əhatə edəcək.

Kloppun təyinatı Yulian Naqelsmannın DÇ-2026-nın 1/16 finalında Almaniya millisinin Paraqvay yığmasına məğlub (1:1, pen – 3:4) olmasından sonra istefa verməsinin ardınca gerçəkləşib.

Almaniya Futbol İttifaqı rəsmiləri ilə Klopp və onun agenti arasında danışıqların yekun mərhələsi sabah və birigün Nyu-Yorkda keçiriləcək.

Almaniyalı mütəxəssisin 2025-ci ilin yanvarından qlobal futbol rəhbəri kimi çalışdığı “Red Bull” strukturu ilə əməkdaşlığının başa çatdırılması məsələsi də həll olunub. Onun Almaniya Futbol İttifaqı ilə rəsmi müqavilə imzalamasından dərhal sonra ayrılıq hüquqi cəhətdən rəsmiləşdiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button