
AFFA rəsmiləri “UEFA Grow” Konfransında iştirak edib
AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən “UEFA Grow” Konfransında iştirak edib.
Bu barədə Komanda.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.
Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



